RU

“Mançester Siti” İngiltərə Kubokunun finalında “Çelsi”ni məğlub etdi

İngiltərə Kubokunun 2025/2026 mövsümünün final matçı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, həlledici qarşılaşmada “Çelsi” və “Mançester Siti” üz-üzə gəliblər və 1:0 hesabı ilə “şəhərlilər” qələbə qazanıblar. Görüş Londonun “Uembli” stadionunda keçirilib və oyunu Derren İngland idarə edib.

Matçda yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub və komandasına qələbə qazandırıb.

Yarımfinal mərhələsində London təmsilçisi “Lids Yunayted”i 1:0 hesabı ilə məğlub edərək finala yüksəlmiş, “Mançester Siti” isə “Sauthempton”u 2:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, turnirin əvvəlki qalibi “Kristal Pelas” olub. London klubu həlledici görüşdə “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı.

Избранный
53
90deqiqe.az

1Источники