RU

“Çelsi” İngiltərə Kubokunun finalında ardıcıl dördüncü məğlubiyyətini yaşadı

“Çelsi” İngiltərə Kubokunun finalında ardıcıl dördüncü dəfə məğlub olub.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi 2025/2026 mövsümünün həlledici matçında “Mançester Siti”yə 0:1 hesabı ilə uduzub. Qarşılaşma Londonun “Uembli” stadionunda baş tutub və oyunu Derren İngland idarə edib.

Bundan əvvəl “Çelsi” 2020-ci ildə “Arsenal”a (1:2), 2021-ci ildə “Lester”ə (0:1), 2022-ci ildə isə “Liverpul”a (0:0, penaltilərdə 5:6) məğlub olmuşdu.

Yarımfinal mərhələsində London klubu “Lids Yunayted”i 1:0 hesabı ilə məğlub edərək finala yüksəlmiş, “Mançester Siti” isə “Sauthempton”u 2:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, “Çelsi” son dəfə İngiltərə Kubokunun qalibi 2017/2018 mövsümündə olub. Həmin vaxt finalda “Mançester Yunayted” 1:0 hesabı ilə məğlub edilmişdi.

Избранный
69
1
90deqiqe.az

2Источники