RU

“Bayer” xal itirdi

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 34-cü və son turunda Leverkuzen “Bayer”i “Hamburq”la qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüş Leverkuzendəki “BayArena” stadionunda keçirilib və oyunu Hamburqdan olan baş hakim Tobias Ştiler idarə edib.

26-cı dəqiqədə “Bayer”in futbolçusu Patrik Şik penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 61-ci dəqiqədə Fabio Viyeyra hesabı açaraq qonaqları önə çıxarıb. 79-cu dəqiqədə isə Carel Kuansa “Bayer”in bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra Leverkuzen təmsilçisi 59 xalla turnir cədvəlində 6-cı yeri tutub. “Hamburq” isə 38 xalla mövsümü 13-cü pillədə başa vurub.

Избранный
43
90deqiqe.az

1Источники