BAKI,TurkicWorld Yusif Şərifzadə
Livanın cənubunda təhlükəsizlik vəziyyəti ilə bağlı yeni açıqlama yayılıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı açıqlamada son həftəsonu ərzində Livanın cənubunda “Hizbullahla əlaqəli” olduğu bildirilən 100 obyektə zərbə endirildiyi qeyd olunub.
Məlumata görə, əməliyyatlar müxtəlif bölgələrdə yerləşən hədəflərə qarşı həyata keçirilib. Açıqlamada zərbələrin məqsədi və nəticələri ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Məlumatda həmçinin qeyd olunur ki, hücumların intensivləşməsi tərəflər arasında aparılan danışıqlar fonunda müşahidə olunur.
Bildirilir ki, cümə günü tərəflərin mövcud atəşkəs rejiminin daha 45 gün müddətinə uzadılması ilə bağlı razılığa gəldiyi açıqlanmışdı.