Münhen “Bavariya”sının cinah hücumçusu Maykl Olise Almaniya Bundesliqasının 2025/2026 mövsümünün ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, Fransa millisinin üzvü mövsüm ərzində 32 oyunda 15 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Mükafat Oliseyə son turda “Köln”lə oyundan sonra təqdim edilib.
Qeyd edək ki, hücumçu bir müddət əvvəl Fransa xaricində çıxış edən ən yaxşı fransız futbolçu seçilmişdi. Onun Bavariya ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Futbolçunun hazırkı bazar dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.