RU

Qadınlarla bağlı “sinə düyməsi” xətası - yanlışlığa görə bu qədər xərclənəcək

Britaniya Hərbi Dəniz Qüvvələri qadın hərbçilər üçün nəzərdə tutulmuş xidməti gödəkçələrin dizaynındakı problemə görə formaların dəyişdirilməsinə qərar verib.

Musavat.com xəbər verir ki, geyimlərdəki düymələr sinə nahiyəsinə uyğun yerləşdirildiyi üçün həm narahatlıq yaradıb, həm də istehza mövzusuna çevrilib.

Məlumata görə, bu səbəbdən donanma formaların yenidən hazırlanmasına və düymələrin dəyişdirilməsinə təxminən 200 min avro xərcləməyi planlaşdırır.

Qərar artıq bəzi hərbçilər tərəfindən tənqid olunub. Onlar bildirirlər ki, maliyyə problemlərinin olduğu bir dövrdə belə xərclər mübahisəli görünür.

Musavat.com

Избранный
32
musavat.com

1Источники