RU

"Qarabağ"ın yeni transferi köhnə klubu ilə vidalaşdı

Kiprin "Omoniya" klubunun aparıcı vingeri Jali Muaddib komandası ilə rəsmi şəkildə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, müqaviləsi bu ayın sonunda başa çatan 25 yaşlı fransalı futbolçu sosial şəbəkə hesabı vasitəsilə klubuna və azarkeşlərə vida ismarışı yollayıb.

Futbolçu paylaşımında bu sözlərə yer verib: "Bu klubda keçirdiyim hər an üçün minnətdaram; mənə inanan rəhbərliyə, məşqçilərimə, komanda yoldaşlarıma və bizi heç vaxt yalnız qoymayan azarkeşlərimizə təşəkkür edirəm".

Keçmişdə Fransanın "Lill" klubunun akademiyasında formalaşan istedadlı oyunçunun növbəti dayanacağının məhz "Qarabağ" olacağı gözlənilir.

Ağdam təmsilçisinin rəhbərliyi azad agent statusu daşıyan vingerlə bütün şərtlərdə tam razılıq əldə edib. Artıq yekun detalların həll olunduğu və bu transferin yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə açıqlanacağı bildirilir.

Kamil Xudiyev

Избранный
7
1
fanat.az

2Источники