RU

Sumqayıtda kimyəvi maddədən zəhərlənən şəxs ölüb

SUMQAYIT, 17 may. TELEQRAF

Sumqayıtda baş verən zəhərlənmə hadisəsi ölümlə nəticələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1991-ci il təvəllüdlü Ceyhun Abduləzimov bir neçə gün əvvəl kimyəvi maddədən zəhərlənmə səbəbilə ağır vəziyyətdə Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Həkimlərin intensiv müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, o, bu gün xəstəxanada vəfat edib.

Избранный
41
teleqraf.com

1Источники