RU

“Avroviziya-2026”nın finalında İsrail təmsilçisini fitə basıblar

BAKI, 17 may. TELEQRAF

Avstriyanın paytaxtı Vyanada keçirilən “Avroviziya-2026” mahnı müsabiqəsinin finalında İsrail təmsilçisini fitə basıblar.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, müsabiqə zamanı İsrail tamaşaçı səsverməsində önə keçdikdən sonra arenada fit səsləri eşidilib.

Qeyd edək ki, bu ilki yarışda İsrailin iştirakına etiraz olaraq beş ölkə müsabiqəni boykot edib.

Xatırladaq ki, müsabiqənin qalibi Bolqarıstan təmsilçisi DARA ifa etdiyi “Bangaranga” mahnısı ilə olub.

Bolqarıstan yekun səsvermədə 516 xal toplayaraq birinci yeri tutub. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü olub.

Məlumata görə, bu, Bolqarıstanın “Avroviziya” tarixində ilk qələbəsidir.

Избранный
115
10
teleqraf.com

10Источники