RU

İsraildə güclü partlayış baş verdi

Təl-Əvivin qərbində, Bet-Şemeş rayonunda baş verən güclü partlayış "Tomer" dövlət müdafiə şirkətinin planlaşdırılmış sınağı olub.

Publika.az xəbər verir ki, Bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, "Tomer" şirkəti raket və mərmilər üçün mühərriklərin hazırlanması ilə məşğul olur. Şirkətdən verilən bəyanatda partlayışın "plana uyğun həyata keçirilən təcrübə" olduğu bildirilib.

Hadisə barədə daha əvvəl məlumat yayılmışdı. Şahidlərin sözlərinə görə, partlayış nəticəsində onlarla kilometr uzaqlıqdan görünən yanğın baş verib.

Избранный
7
2
publika.az

3Источники