RU

Bolqarıstan təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin qalibi olub

Bolqarıstan təmsilçisi Dara “Banqaranqa” mahnısı ilə Vyanada keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, müsabiqənin 70 illik yubileyinə təsadüf edən final gecəsində 25 ölkənin nümayəndəsi səhnəyə çıxıb. Bolqarıstan həm peşəkar münsiflər heyətinin, həm də tamaşaçı səsverməsinin nəticələrinə əsasən, ümumilikdə 516 xal toplayaraq birinci yeri qazanıb. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü olub.

Daranın ifasında səslənən “Banqaranqa” mahnısı müasir pop musiqisini bolqar folklor motivləri ilə birləşdirib. Səhnə performansında ənənəvi “kukeri” elementlərindən istifadə olunması tamaşaçıların diqqətini xüsusi cəlb edib. İfa həm arena auditoriyası, həm də televiziya izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edilməlidir ki, bu qələbə Bolqarıstanın “Eurovision” tarixində ilk qələbəsi kimi qeydə alınıb. Ölkə bir neçə illik fasilədən sonra 2026-cı ildə yenidən müsabiqəyə qayıtmışdı.

Избранный
16
6
yeniazerbaycan.com

7Источники