RU

“Gizli qatil” süfrəmizdə:

Mayın sonu və yayın əvvəlində satılan qarpızlar mütləq şəkildə təhlükəli olmasa da, məhz tezyetişən məhsulların keyfiyyəti, yetişdirilmə və saxlanma şəraiti daha çox sual doğurur.

Publika.az xəbər verir ki, bu barədə "Rosbiotech" Universitetinin Qida təhlükəsizliyi kafedrasının baş müəllimi Anna Cabakova"Gazeta.ru-ya danışıb.

O bildirib ki, əsas risk nitratlardan daha çox logistika, sanitariya qaydalarının pozulması və yetişmə prosesini süni şəkildə sürətləndirmək cəhdləri ilə bağlıdır.

"Tezyetişən qarpızların hamısının "kimyəvi maddələrlə doldurulması" barədə mif əbəs yerə yaranmayıb. Mövsümün əvvəlində məhsulun bir hissəsi həqiqətən də gübrə və boy stimullaşdırıcılarından aktiv istifadə edilməklə yetişdirilir. Lakin bu gün erkən qarpızlar təkcə aqrotexniki müdaxilə ilə deyil, həm də istixana texnologiyaları, cənub bölgələrində yetişdirilmə və idxal sayəsində satışa çıxarılır", – deyə mütəxəssis izah edib.

Bununla belə, tezyetişən qarpızlarda nitratın miqdarının yüksək olması riski mövsümün qızğın vaxtı ilə müqayisədə daha yüksəkdir. Nitratlar öz-özlüyündə zəhər deyil və bitkilərin böyüməsi üçün lazımdır. Problem yol verilən normalar aşıldıqda başlayır. Buna qarşı xüsusilə uşaqlar, hamilə qadınlar, mədə-bağırsaq və ürək-damar sistemi xəstəlikləri olan insanlar həssasdırlar.

Избранный
56
publika.az

1Источники