RU

Çində pikap çaya düşüb, ölən və itkin düşənlər var

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda pikapın suya düşməsi nəticəsində azı bir nəfər ölüb, daha doqquz nəfər itkin düşüb.

"Far.Az"un Çinin Mərkəzi Televiziyasına istidadən məlumatına görə, qəza mayın 16-da axşam Xuansyan-Maonan muxtar bölgəsindəki su basmış körpüdə baş verib.

Telekanal bildirib ki, pikapda 15 nəfər olub. Beş nəfər xilas olunub, axtarış-xilasetmə işləri davam edir.

Bütün zərərçəkənlərə tibbi yardım göstərilib, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Избранный
40
1
far.az

2Источники