RU

Ən davakar BÜRCLƏR

ain.az, Milli.az saytına istinadən bildirir.

Astroloqların fikrincə, bəzi bürclər xaraktercə daha emosional, aqressiv və mübahisəyə meyilli olurlar.

Milli.Az xəbər verir ki, xüsusilə haqsızlıqla qarşılaşdıqlarını düşündükdə və ya qürurlarına toxunulduqda bu bürclər öz sərt tərəflərini nümayiş etdirə bilirlər.

Ən davakar hesab olunan bürclər arasında ilk sıralarda Qoç bürcü göstərilir. Enerjili və impulsiv xarakteri ilə seçilən Qoçlar əsəbiləşdikdə hisslərini gizlətmirlər. Onlar tez alovlanır, lakin çox vaxt qəzəbləri uzun çəkmir.

Əqrəb bürcü isə kinli və sərt reaksiyaları ilə diqqət çəkir. Astroloqlar bildirirlər ki, Əqrəblər xəyanəti və hörmətsizliyi bağışlamaqda çətinlik çəkirlər. Bu səbəbdən mübahisələrdə son söz deməyə çalışırlar.

Davakar bürclər sırasında Şir bürcü də yer alır. Lider ruhlu olan Şirlər tənqid olunmağı xoşlamırlar. Onların qüruruna toxunan məqamlar tez bir zamanda gərginliyə səbəb ola bilər.

Əkizlər bürcü isə sözlə mübahisə etməyi sevən bürclərdən hesab olunur. Onlar emosional olmasalar da, iti dilləri ilə qarşı tərəfi çətin vəziyyətdə qoya bilirlər.

Astroloqlar vurğulayırlar ki, bürclər insanların xarakterinə müəyyən təsir göstərsə də, davranış forması daha çox insanın tərbiyəsi, həyat təcrübəsi və ətraf mühitdən asılıdır.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
4
news.milli.az

5Источники