RU

14 mövsüm sonra yenidən La Liqada

İspaniya Sequndasında 40-cı turun oyunları keçirilib.

"Unikal" xəbər verir ki, “Rasinq” doğma meydanda “Valyadolid”i 4:1 hesabı ilə məğlub edərək 14 ildən sonra La Liqaya vəsiqəni rəsmiləşdirib.

Meydan sahiblərinin heyətində Asyer Vilyalibre (33), Andres Martin (62, 73) və Suleyman Kamara (90+5) fərqləniblər. Qonaqların yeganə qolunu isə Məhəmməd Cauab (42) vurub.

40 turdan sonra hesabında 78 xal olan “Rasinq” turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyiciləri “Deportivo” və “Almeriya”nı 7 xal qabaqlayır. “Deportivo”nun ehtiyatda bir oyunu olsa da, mövsümün sonuna iki tur qaldığından “Rasinq” ilk iki pillədən aşağı düşməyəcək və növbəti mövsüm La Liqada çıxış edəcək.

Избранный
5
2
unikal.az

3Источники