RU

WUF13 başladıFOTO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır.

WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Budəfəki sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil edilib.

Görüşdən öncə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlama verib. Komitə sədri bildirib ki, bu günə olan məlumata görə, 50 mindən çox iştirakçı qeydiyyatdan keçib:

“Forum çərçivəsində yeni formatlı çoxsaylı tədbirlər olacaq. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Liderlər Sammiti keçiriləcək. Nazirlər iclası fərqli formatda təşkil olunacaq. Gözləntilərimiz böyükdür. Qonaqlar Azərbaycanda görülən işlərlə tanış ola biləcəklər”.

Musavat

Избранный
53
2
editor.az

3Источники