RU

Anar Quliyev: 79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir

2018-ci ildən etibarən Azərbaycan ərazi planlaşdırılmasına daha inteqrə olunmuş və gələcəyə yönəlmiş yanaşma tətbiq edir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, bu yanaşma Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə təsdiq olunmuş Azərbaycanın sosial-iqtisadi inkişaf üzrə beş milli prioriteti əsasında formalaşdırılıb:

“Ərazi planlaşdırılması sahəsində genişmiqyaslı modernizasiya həyata keçirilib. Hazırda 79 şəhərdən 68-nin baş planı yenilənib, qalan 11 şəhər üzrə isə hazırlıq işləri davam edir.

Bakı Baş Planı 2040 bu yeni planlaşdırma fəlsəfəsinin əsas nümunəsidir. Plan polisentrlik və kompakt şəhər modelini, inteqrə olunmuş ictimai nəqliyyatı, piyadayönümlü şəhər mühitini, şəhər regenerasiyasını və yüksək keyfiyyətli ictimai məkanların yaradılmasını təşviq edir.

Eyni zamanda Azərbaycan tikinti qanunvericiliyini, tikinti standartlarını və şəhərsalma qaydalarını gücləndirib, tikinti icazələri sistemi isə tam rəqəmsallaşdırılıb”.

Избранный
58
3
apa.az

4Источники