RU

“Afrikanın səsini Bakıdan dünyaya çatdırmaq istəyirik” -

“Bakıya gələrkən ilk təəssüratımız burada həyata keçirilən sürətli iqtisadi transformasiya və şəhərsalma layihələrinə heyranlıq oldu. Hesab edirəm ki, bu inkişaf modelindən öyrənəcəyimiz çox şey var. Belə qısa müddətdə baş verən köklü dəyişikliklər bizim üçün həqiqətən də fərəhlidir”.Bu fikirləri Metbuat.az-ın sualına cavab olaraq Konqo Demokratik Respublikasının Dövlət naziri, şəhərsalma və mənzil təsərrüfatı naziri Aleksis Muvunyi deyib. Nazir vurğulayıb ki, DR Konqo nümayəndə heyətinin bu forumda iştirak etməsində əsas məqsəd şəhərsalma sahəsində uğur qazanmış ölkələrin təcrübəsini mənimsəmək, eyni zamanda Afrikadakı geniş biznes imkanlarını qlobal müstəviyə çıxarmaqdır: “Forum çərçivəsində əsas hədəflərdən biri Konqo Demokratik Respublikasının mövcud potensialını beynəlxalq arenada nümayiş etdirməklə Afrika qitəsinin səsini dünyaya çatdırmaq istəyirik. Bizqlobal platformadan istifadə edərək Afrikanın, xüsusilə də Konqonun xarici sərmayələr üçün təhlükəsiz, əlverişli və son dərəcə perspektivli bir məkan olduğunu sübut etmək niyyətindəyik”. Nazir qeyd edib ki, bu məqsədlə, həm beynəlxalq qurumlar, həm də özəl sektor investorları ilə birbaşa dialoq quraraq ölkədə yeni müştərək layihələrin icrasına imza atmağı hədəfləyirlər.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
32
metbuat.az

1Источники