RU

Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək

BAKI, 17 may. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakı şəhərinə işgüzar səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumatda yayıb.

Bilirilib ki, Özbəkistan dövlət başçısı Bakıda BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitində iştirak edəcək və tədbirdə çıxış edəcək.

Səfər çərçivəsində Özbəkistan rəhbərinin Bakıda qlobal forumda iştirak edən xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər və danışıqlar aparması da nəzərdə tutulub.

Избранный
35
1
teleqraf.com

2Источники