RU

Azər Salahlı: Qarabağ kimi komandaya qarşı yaxşı müqavimət göstərdik Video

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Azər Salahlı: "Qarabağ" kimi komandaya qarşı yaxşı müqavimət göstərdik" - Video

"İmişli"nin kapitanı Azər Salahlı Misli Premyer Liqasının 32-ci turunda "Qarabağ"la keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, o, əvvəlcə 0:3 hesabı ilə uduzduqları matçı şərh edib.

- Sona qədər mübarizə apardıq. Xüsusilə də ilk hissədə "Qarabağ" kimi komandaya qarşı yaxşı müqavimət göstərə bildik. Amma təəssüflər olsun ki. ikinci hissədə diqqətsizlikdən erkən qol buraxdıq. Buna görə də komandada ruh düşkünlüyü yarandı və sonda məğlub olduq.

- "İmişli" ilə müqaviləniz başa çatır. Komandada qalmaq fikriniz varmı?

- Əslində müqaviləmdə 1+1 bəndi var. Sadəcə olaraq mövsümün sonuna hələ bir oyun qalıb. Sonda klubla bu barədə danışacağıq. 

- Bu mövsüm "İmişli"nin əsas hədəfi liqada yerini möhkəmləndirmək idi. Bəs gələn mövsüm üçün əsas hədəf nə olacaq?

- Hələlik bu haqda danışmaq çox tezdir. Çünki hələ çempionat bitməyib. Mövsüm başa çatandan sonra istirahət etmək lazımdır. İstirahətdən sonra artıq bu haqda danışmaq olar.

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
qol.az

2Источники