RU

Yağıntılı hava şəraiti gün ərzində davam edəcək – PROQNOZ

Mayın 17-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağır. Qarın hündürlüyü Şahdağda 5 santimetrdir.

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 203-279 faizini təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Lerikdə 48 (aylıq normanın 67 faizi), Lənkəranda 45 (aylıq normanın 98 faizi), Yardımlıda 39 (aylıq normanın 63 faizi), Sabirabadda 39 (aylıq normanın 117 faizi), Cəlilabadda 26 (aylıq normanın 64 faizi), Kürdəmirdə 25 (aylıq normanın 66 faizi), Biləsuvarda 24 (aylıq normanın 75 faizi), Qəbələdə 23, Sarıbaşda (Qax) 22, Şahdağda 17, Astarada 16, Beyləqanda 15, Gədəbəy, Altıağac, Şahbuzda 14, Şamaxı, Oğuzda 13, Neftçala, İmişli, Qrızda 12, Quba, Göyçayda 11, Qusar, İsmayıllı, Daşkəsəndə 7, Naxçıvan, Culfada 6, Zərdab, Xaçmaz, Şirvan, Şabranda 5, Naftalanda 4, Kişçay (Şəki), Qobustan, Ağdam, Ordubadda 3, Balakən, Zaqatala, Gəncədə 2, Şərur, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Goranboyda 1 millimetrdir.

Mayın 16-da saat 19:37-19:43 radələrində Qubadlı rayonunun Qəzyan və Mahrızlı kəndlərinə diametri 11, Ağsu şəhərinə isə diametri 3 millimetr olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-si gün ərzində davam edəcəyi gözlənilir.

Избранный
19
18
azerbaijan-news.az

10Источники