RU

Anaklaudia Rossbax: WUF13 yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilində əməyi olan bütün tərəfdaşlara, xüsusilə Azərbaycana təşəkkür edirəm. Bu assamblenyanının işini mənalı edir.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında deyib.

O bildirib ki, bu qlobal bir platformadır və şəhərsalma problemlərinin həlli üçün olduqca vacibdir. Forumda iştirak edən dövlət təmsilçiləri, vətəndaş cəmiyyətləri və digərləri urbanizasiyanın gələcəyini necə gördüklərini bölüşəcəklər. Biz son 20 il ərzində marağlı tərəflərin səslərini dünyaya çatdırmaq üçün öz işimizə davam edirik və WUF13-də bizim son 10 ildə bu sahədə gördüyümüz işlərlə də tanış olacaqsınız. Müzakirələr proseslərə ilham verəcək. Həmçinin biznes icmalarının burada iştirakı vacibdir. Forum yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır.

Избранный
23
2
xalqqazeti.az

3Источники