RU

Bakıda yağış rekordu yeniləndi

Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır.

"Yeni Sabah" xəbər verir ki, hazırda Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı 70-103 mm qeydə alınır ki, bu aylıq normanın 355-523%-ini təşkil edir.

1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106 mm-ə çatıb ki, bu da çoxillik normadan 5,4 dəfə çox olub. pizza mizza

2010-cu ildə sutka ərzində düşən yağıntının miqdarı 29 mm, (aylıq normanın 147%-i), ay ərzində 39 mm (aylıq normanın 200%-i), 2024-cü ildə sutka ərzində düşən yağıntının 20 mm (aylıq normanın 102%-i), ay ərzində isə 33 mm (aylıq normanın 167%-i), 2025-ci ildə sutka ərzində düşən yağıntının miqdarı 6 mm (aylıq normanın 30%-i), ay ərzində isə 9 mm (aylıq normanın 46%-i) təşkil edib.


Telegram kanalımız
Избранный
39
1
yenisabah.az

2Источники