RU

TƏCİLİ! Qərar verildi -Bu ölkədə karantin elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası (KDR) və Uqandada yayılan Ebola qızdırması partlayışını beynəlxalq miqyaslı fövqəladə hal elan edib. Qurum rəsmiləri mövcud vəziyyətin hələlik pandemiya deyil, epidemiya xarakteri daşıdığını xüsusi vurğulayıblar.

Busaat.az xəbər verir ki, hazırkı yoluxma dalğasına virusun “Bundibuqio” ştamı səbəb olub. Narahatlıq doğuran əsas məqam isə odur ki, bu ştama qarşı hələlik təsdiqlənmiş hər hansı effektiv dərman preparatı və ya vaksin mövcud deyil.

Məlumata görə, epidemiyanın yayılma coğrafiyası sürətlə genişlənir. ÜST-ün hesabatlarına istinadən yayılan son xəbərlərdə KDR-in şərqində yerləşən İturi əyalətinin Monqbvalu və Tvampara bölgələrində yeni Ebola partlayışı nəticəsində azı 80 nəfərin həyatını itirdiyi bildirilir. Bir gün əvvəl isə ölü sayının 65 olduğu qeyd edilmişdi. Ekspertlər bölgədə sanitar nəzarətin gücləndirilməsi üçün beynəlxalq birliyi təcili addımlar atmağa çağırır.

Mənbə: Nocomment.az

Избранный
30
2
busaat.az

3Источники