RU

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

Bakı, 17 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mənzil siyasətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından hər bir ölkə üçün mühüm əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Şri -Lankanın mənzil, tikinti və su təchizatı naziri Herat Mudiyanselaqe Ranasinqe deyib.

Nazir qeyd edib ki, forum çərçivəsində aparılan müzakirələr dayanıqlı şəhərsalma, münasib mənzil təminatı və urbanizasiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir. Onun sözlərinə görə, belə platformalar ölkələr arasında əməkdaşlığın genişlənməsinə və uğurlu təcrübələrin paylaşılmasına imkan yaradır.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev

 

Избранный
66
3
azertag.az

4Источники