ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan urbanizasiya və infrastrukturun müasirləşdirilməsi sahəsində digər inkişaf etməkdə olan ölkələr üçün mühüm nümunə ola bilər.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən, Malavinin Torpaq, Mənzil və Şəhərsalma Nazirliyinin Mənzil departamentinin direktoru Vezzi Madzi deyib.
O qeyd edib ki, Azərbaycanda son illərdə həyata keçirilən inkişaf layihələri və şəhərsalma təcrübəsi diqqətçəkəndir. Forum iştirakçıları bu təcrübəni öyrənərək öz ölkələrində tətbiq edə bilərlər. Azərbaycanın şəhərlərin modernləşdirilməsi və infrastrukturun inkişafı sahəsindəki modeli digər inkişaf etməkdə olan ölkələr üçün də faydalı ola bilər.
O, həmçinin Azərbaycan xalqının qonaqpərvər və yardımsevər olduğunu qeyd edib, gələcəkdə ölkələr arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Müxbirlər - Tərgül Babayeva, Aytac Haqverdiyeva
Fotoqraf - Aydın Məmmədov
Operator - Mir Rəsul Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.