RU

"İnter" daha bir türkün keçidini həll etməyə çalışır

Türkiyə millisinin qolkiperi Altay Bayındır “Mançester Yunayted”i tərk etmək qərarı verib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 28 yaşlı qapıçının yeni ünvanı da bəllidir. 

Bayındırın “İnter”ə keçmək ehtimalı yüksəkdir. Hazırda tərəflərin danışığı müsbət yöndə davam edir. Son anda hansısa problem çıxmsa, Altay yeni mövsümdən “İnter”in qapısını qoruyacaq. "Nerazzura"nın aparıcı futbolçularından olan Hakan Çalhanoğlunun da Altayın keçidinə kömək olacağı iddia edilir.

Onun “Mançester Yunayted”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Türk futbolçu 2023-cü ildə “Fənərbaxça”dan “Mançester Yunayted”ə keçib. Buna qədər isə o, “Ankaragücü”nün formasını geyinmişdi.

 

saytlarin hazirlanmasi

Избранный
35
1
sportal.az

2Источники