BAKI, 17 may. TELEQRAF
Konqo Demokratik Respublikasının (KDR) şərqində yayılan Ebola epidemiyası nəticəsində ölənlərin sayı 88-ə, şübhəli yoluxma halları isə 336-ya yüksəlib.
Teleqraf xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) regiondakı vəziyyəti ən yüksək səviyyəli qlobal təhlükə elan edərək bütün ölkələri ehtiyatlı olmağa çağırıb.
Virus artıq KDR-in paytaxtı Kinşasa və qonşu Uqandanın paytaxtı Kampalada qeydə alınıb.
Yayılan "Bundibuqio" ştamına qarşı hələlik peyvənd və ya xüsusi müalicə metodu mövcud deyil.
KDR-in Səhiyyə Nazirliyi bu virus növündə ölüm göstəricisinin 50%-ə çatdığını bildirir.