RU

Trampın oğlu Ağ Evin keçmiş mətbuat katibini məhkəmə ilə hədələyib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Erik Tramp “MS Now” televiziya kanalını da məhkəməyə vermək niyyətindədir

ABŞ Prezidentinin oğlu Erik Tramp “MS Now” (MSNBC) televiziya kanalını və Co Bayden administrasiyası dövründə mətbuat katibi vəzifəsində çalışmış Cen Psakini məhkəməyə verməyi planlaşdırdığını açıqlayıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İddia onun Çinlə işgüzar əməkdaşlığa marağı və ALT5 şirkəti ilə əlaqələri barədə yayılan xəbərdən qaynaqlanır.

"Aşağıdakı videoya görə Cen Psakini və MSNBC-ni məhkəməyə vermək niyyətindəyəm. Aydın olsun ki, onun monoloquna və açıq yalanlarına zidd olaraq, mən heç vaxt ALT5-in Direktorlar Şurasında olmamışam - indi də, heç vaxt da", Trampın oğlu “X” sosial media hesabında yazıb.

Kiçik Tramp həmçinin birləşmə danışıqlarında iştirak etmədiyini və Çində heç bir biznesi, daşınmaz əmlakı və ya investisiyası olmadığını bildirib. O iddia edib ki, Çinə yalnız atasını dəstəkləmək üçün səfər edib.

Qeyd edək ki, Psaki televiziyada bildirib ki, ABŞ hökumətində heç bir vəzifə tutmayan Erik Tramp hökumət fəaliyyətindən təcrid olunmalıdır. O Trampın Ağ Evə qayıtmasından sonra oğlunun maraqların toqquşmasından qaçınmaq üçün atasının biznesini öz üzərinə götürdüyünə inanır. Psaki hesab edir ki, Erik Tramp atası ilə birlikdə Çinə kommersiya məqsədləri ilə səfər edib.

Xatırladaq ki, Donald Tramp 2017-ci ildən bəri ilk dəfə olaraq 13-15 may tarixlərində Çinə dövlət səfəri edib. Çin lideri Si Cinpinlə danışıqlardan sonra Tramp "fantastik müqavilələr" elan edib. “Tesla” şirkətinin qurucusu İlon Mask, “Nvidia” şirkətinin baş direktoru Jensen Huang və “Apple” şirkətinin baş direktoru Tim Kuk da ABŞ Prezidenti ilə birlikdə ölkəyə səfər ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
ayna.az

1Источники