Hazırda Özbəkistanda ipoteka bazarının təxminən 50 %-i özəl sektorun vəsaitləri hesabına təmin edilir.
"Report" xəbər verir ki, bunu Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin I müavini Ilhom Norqulov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyası bildirib.
Onun sözlərinə görə, bu il hökumət isə banklara təxminən 1 milyard ABŞ dolları yönəldib: "İpoteka bazarında özəl sektorun payının artması çox yaxşı nəticə verib. Həmçinin ev tikən və satan tikinti şirkətləri arasında yaxşı rəqabət mühiti yaradıb".
Qonaq qeyd edib ki, ipoteka bazarında həyata keçirilən islahatların əsas məqsədi ev təsərrüfatlarını səmərəli şəkildə seçə biləcək, ədalətli qaydalar və rəqabətin mövcud olduğu bazar yaratmaq olub: "Eləcə də planlaşdırmışdıq ki, özəl sektor bu bazara gələcək, banklar isə daha uzunmüddətli ipoteka kreditlərini maliyyələşdirmək üçün getdikcə daha çox öz resursunu səfərbər edəcəklər".