RU

Nəriman Axundzadəyə bu dəfə şans verilmədi

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin “Kolambus Kru” futbol komandasında çıxış edən azərbaycanlı hücumçu Nəriman Axundzadə MLS-in növbəti turunda meydana çıxmayıb.

İdman.Biz xəbər verir ki, onun komandası səfərdə “Filadelfiya Yunyon”la 1:1 hesablı heç-heçə edib. “Kolambus Kru”nun qolunu 10-cu dəqiqədə Hüqo Pikar vurub, meydan sahiblərinin heyətində isə Milan İloski 70-ci dəqiqədə fərqlənib.

Nəriman Axundzadə görüşün iştirak ərizəsində yer alsa da, sonadək ehtiyat oyunçular skamyasında qalıb.

Bu nəticədən sonra “Kolambus Kru” 14 oyuna 13 xal toplayıb. Komanda MLS-in Şərq Konfransında 15 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
icma.az

1Источники