RU

Qadınlar üzləşdiyi çətinliklərlə kollektiv mübarizə aparmalıdırlar BMT nümayəndəsi

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Qadınlar üzləşdiyi çətinliklərlə kollektiv mübarizə aparmalıdırlar.

BMT-nin Gürcüstandakı qadınlar üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasında deyib.

Onun sözlərinə görə, qadınlar parlamentlərdə getdikcə daha çox yer alırlar:

"Amma reallıq budur ki, qadınlar siyasətdə və s. sahələrdə diskriminasiyaya məruz qalırlar. Bu onların mənzil təhlükəsizliyində də özünü göstərir. Biz adekvat mənzillə təmin olunmada ədalətin bərpasına nail olmalıyıq. Qadınlar qarşısında bu sahədə qeyri-bərabər gəlir və fürsətlər mövcuddur. Biz həm qadınların, həm də kişilərin istəklərini nəzərə almağa çalışmalıyıq. Xüsusilə iqlim dəyişiklikləri fonunda mənzil təhlükəsizliyinə diqqət yetirilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
azpolitika.info

1Источники