RU

"İmtahanın tarixi dəyişdirilməli idi" - Təhsil ekspertindən DİM-ə sərt REAKSİYA

Bakıda eyni anda baş verən əlverişsiz hava şəraiti və beynəlxalq tədbir səbəbindən yaranan nəqliyyat xaosu magistraturaya qəbul imtahanında ciddi narazılığa yol açıb.

Redaktor.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli məsələ ilə bağlı şəxsi feysbuk hesabında kəskin tənqidi paylaşım edərək aidiyyəti qurumları koordinasiyasızlıqda ittiham edib.

Ekspert bildirib ki, paytaxtda keçirilən Ümumdünya Şəhərsalma Forumu (#WUF13) ilə əlaqədar tətbiq olunacaq nəqliyyat məhdudiyyətləri öncədən məlum idi. Buna rəğmən, qurumların plansız fəaliyyəti yüzlərlə gəncin imtahana gecikməsinə və böyük stress yaşamasına səbəb olub. Dövlət İmtahan Mərkəzi bu məsələni digər dövlət qurumları ilə birlikdə öncədən nəzərə almalı, xüsusilə magistratura imtahanının tarixinin dəyişdirilməsi variantını dəyərləndirməli idi.

Məzahir Məmmədli qeyd edib ki, hazırda sosial şəbəkələrdə ən çox verilən sual budur: “İmtahana gecikənlərin taleyi necə olacaq?”. Belə hallarda əsas məsələ yalnız qayda deyil, həm də vətəndaşın obyektiv şəraitinin nəzərə alınmasıdır. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə həssas yanaşacaq və ictimaiyyətə aydın mövqe təqdim edəcəklər.

Избранный
21
1
redaktor.az

2Источники