RU

İranın 5 ŞƏRTİNƏ qarşı ABŞ nin 5 ŞƏRTİ

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin İranın təkliflərinə cavabında irəli sürdüyü beş əsas şərt məlum olub.

“Cebheinfo.az” bu barədə İranın Fars xəbər agentliyinə istinadən yazır.

İran agentliyinin məlumatına görə, Vaşinqtonun şərtləri bunlardır:

▪️ ABŞ İrana heç bir kompensasiya və ya zərər ödəməyəcək.

▪️ İran 400 kiloqram uranı çıxarıb ABŞ-yə təhvil verməlidir.

▪️ İranın bütün nüvə obyektlərindən yalnız biri fəaliyyətini davam etdirə bilər.

▪️ ABŞ dondurulmuş İran aktivlərinin hətta 25 faizinin belə blokdan çıxarılmasına hazır deyil.

▪️ Müharibənin bütün cəbhələrdə sona çatması danışıqların davam etməsindən asılı olacaq.

Məlumatda vurğulanır ki, hətta bu şərtlər yerinə yetirilsə belə, ABŞ və İsrail tərəfindən hərbi əməliyyat təhdidi qalacaq.

Agentliyin istinad etdiyi ekspertlər hesab edirlər ki, Amerika təklifi böhranın həllinə deyil, Vaşinqtonun müharibə zamanı əldə edə bilmədiyi məqsədlərə çatmağa yönəlib.

Öz növbəsində, İran yalnız etimadın bərpasına yönəlmiş beş ilkin şərtnin yerinə yetirildiyi təqdirdə danışıqlara hazır olduğunu bildirdi:

▪️ Bütün cəbhələrdə, xüsusən də Livanda müharibənin tamamilə dayandırılması.

▪️ İran əleyhinə sanksiyaların ləğvi.

▪️ Xaricdə bloklanmış İran vəsaitlərinin dondurulmasının açılması və geri qaytarılması.

▪️ Müharibənin vurduğu ziyana görə kompensasiya.

▪️ Hörmüz boğazı üzərində İranın suveren hüquqlarının tanınması.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
cebheinfo.az

2Источники