RU

Siz kimsiniz, cənab Bond?!

Ceyms Bond haqqında sonuncu film – “Ölmək zamanı deyil” 2021-ci ildə çəkilib. Bundan 1 il sonra, 2022-ci ildə “Amazon” şirkəti franşizanın hüquqlarına sahib olan “MGM Studios”u aldı.

2025-ci ildə Ceyms Bond haqqında filmlərin prodüserliyini həyata keçirən “Eon Productions” şirkəti “Amazon MGM Studios” ilə əməkdaşlığa başladı. Həmi il elan olundu ki, Bond haqqında növbəti filmin rejissoru Denni Vilnöv (“Dyuna”) olacaq. Ssenarinin üzərində işləmək isə Stiven Nayta (“Peaky Blinders” serialı) həvalə ediləcək.

Keçən ilin yayından başlayaraq, yeni Ceyms Bond roluna namizəd kimi müxtəlif adlar çəkilib: Tom Holland, Harris Dikinson, Ceykob Elordi... Bu ilin yanvarında britaniyalı aktyor Kallum Terner hətta Bond roluna təsdiqləndiyini də bildirmişdi.

Görünür, yeni Bondun kim olacağını bilmək üçün bir az da gözləmək lazım gələcək.

V.M.
AzVision.az
Избранный
33
2
azvision.az

3Источники