Saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Quba, Qrız, Şabran, Lerikdə yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.