RU

Bəhreynin mənzil və şəhərsalma naziri: Komandamızın 90 faizini qadınlar təşkil edirlər

Burada çıxış etmək mənim üçün çox xoşdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bəhreynin mənzil və şəhərsalma naziri Amna bin Ahmed Al Rumaihi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış sessiyasında deyib.

O, WUF13-ün böyük tədbir olduğunu bildirib: "Bu tədbir qadınların və ailələrin inkişafı üçün önəmlidir. Bəhreyndə qadınlarla bağlı möhtəşəm işlər görülür. Bizdə Qadınlar Şurası var. Səhiyyə, evlə təminolunma sektorlarında çalışırıq ki, qadınlara və ailələrə dəstək olaq. Artıq 6 min 500 qadın bundan faydalanıb. Anaları xüsusi olaraq diqqətdə saxlayırıq. Qadınlar komandamızın 90 faizini təşkil edirlər. Bu da şəhərin dayanıqlılığına mühüm töhfə verir. Məqsədimiz onların həyat səviyyəsini yaxşılaşdırmaqdır".

Избранный
3
3
azerbaijan-news.az

5Источники