RU

Tomaş Taraba: İqlim dəyişikliyi ilə mübarizə yalnız zənginlər üçün siyasət olmamalıdır

Slovakiya karbon kvotalarının ticarəti sistemini (ETS2) elə tətbiq etmək niyyətindədir ki, iqlim siyasəti əhalinin aztəminatlı təbəqələri üçün əlavə yükə çevrilməsin.
 
Bunu Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan panel sessiyada bildirib.
 
"Hazırda Avropa İttifaqında ETS2 adlanan sistemin tətbiqi müzakirə olunur. Bu, bir növ tullantıların dəyərinin yaşayış xərclərinə daxil edilməsidir. Bu yanaşmanı balanslaşdırmağa çalışırıq, çünki biz həm də əhalinin aztəminatlı təbəqələrini qorumalıyıq", - o qeyd edib.
 
T.Tarabanın sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə yalnız zənginlər üçün əlçatan olan bir siyasətə çevrilməməlidir.
 
Nazir vurğulayıb ki, Slovakiya mənzil siyasətində iqlimə həssas yanaşma nümayiş etdirir: "Belə ki, təkcə ötən il ölkə aztəminatlı vətəndaşlar üçün mənzillərin yenilənməsinə və modernləşdirilməsinə 400 milyon avrodan çox investisiya yatırıb. Bu, enerjiyə qənaət etmək, əhalinin xərclərini azaltmaq, həyat səviyyəsini yüksəltmək və eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün çox yaxşı üsuldur".
 
T.Taraba, həmçinin qeyd edib ki, ötən il ölkədə 27 minə yaxın ev yenidən qurulub.
 
Bundan əlavə, onun sözlərinə görə, Slovakiyada evlərin və mənzillərin təmiri üçün əhaliyə aşağı faiz dərəcələri ilə kreditlər verən dövlət agentliyi fəaliyyət göstərir: "Bu, enerjiyə qənaət etməyə imkan verəcək və insanlar üçün daha yüksək həyat keyfiyyəti təmin edəcək".
Избранный
55
2
moderator.az

3Источники