RU

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.

“Ümid edirəm ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapacağıq. Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik”, - deyə Prezident qeyd edib.

O, bildirib ki, Serbiyada, xüsusilə ölkənin şərq hissəsində yerləşən spa və dağ kurortları toxunulmamış təbiətə malikdir: “Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı əməkdaşlıq kimi qiymətləndirir”.

O əlavə edib ki, Serbiya investorları da Bakı və Azərbaycanın digər bölgələrinə investisiya yatırmaqda maraqlıdırlar.

Aleksandar Vuçiç iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Müxbirlər - Samirə Quliyeva, Aytən Abbaslı
Foto və video - Aytən Abbaslı
Избранный
29
11
azertag.az

10Источники