RU

Sofi Laqut: WUF13 ən yaxşı təcrübələr barədə fikir mübadiləsi aparmağa imkan verəcək - EKSKLÜZİV

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsindəki müzakirələr şəhərsalma sahəsində ən yaxşı təcrübələr barədə fikir mübadiləsi aparmağa imkan verəcək.

Bu barədə "Far.Az"a Fransanın Azərbaycandakı səfiri Sofi Laqut bildirib.

"Dayanıqlı mənzil mövzusu Fransa üçün çox vacibdir. Əslində, bu, bütün ölkələrə aid olan bir məsələdir. WUF13 çərçivəsindəki bugünkü müzakirələr bunu sübut etdi. Bu, həqiqətən bəşəriyyətin gələcəyi, eləcə də planetin gələcəyi üçün həlledici əhəmiyyətə malik olan bir mövzudur", - o qeyd edib.

Onun sözlərinə görə, Fransa WUF13-də həm öz təcrübəsini bölüşmək, həm də digər ölkələrin ən yaxşı təcrübələrini öyrənmək hesabına bu problemin qlobal həllərinin ortaya çıxmasına töhfə verməyi planlaşdırır: "Bugünkü müzakirələr bu istiqamətdə ilk fikir mübadiləsini aparmağa imkan verib. Əminəm ki, qarşıdakı bütün həftə ən yaxşı təcrübələrin mübadiləsi baxımından son dərəcə zəngin olacaq".

S.Laqut həmçinin Bakıda şəhərsalmanın inkişafını - şəhərin real baxışı ilə planlaşdırmanı, ictimai nəqliyyatın inkişafını və şəhərin yaşıllaşdırılmasını şərh edib: "Çox qısa vaxt ərzində əhəmiyyətli dəyişikliklər edilib. Bu həm də onu göstərir ki, siyasi iradə olduğu təqdirdə vəziyyəti çox sürətlə dəyişmək mümkündür".

Qeyd edək ki, WUF13 Bakıda öz işinə bu gün, mayın 17-də başlayıb və mayın 22-də başa çatacaq.

Избранный
47
far.az

1Источники