RU

UN Habitat nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rol oynaya bilər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu ölkələrin bir araya gəldiyi və təcrübə mübadiləsi apardığı mühüm platformadır.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a açıqlamasında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) nümayəndəsi Nayomi Hugervorst bildirib.

O deyib ki, WUF13-də milli hökumətlər, bələdiyyə rəhbərləri, tədqiqatçılar və özəl sektor nümayəndələri bir araya gələrək şəhərlərdə mövcud çağırışların həll yollarını müzakirə edirlər.

Nayomi Hugervorst vurğulayıb ki, Azərbaycan şəhərsalma və urbanizasiya idarəçiliyi sahəsində mühüm rol oynaya bilər.

“Bakı və digər şəhərlərdə təcrübə mübadiləsi aparmaq və infrastrukturun inkişafı vacibdir. Məqsəd isə dayanıqlı şəhərin inkişafını gücləndirməkdir”, - deyə o diqqətə çatdırıb.

Müəllif - Tamilla Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
2
azertag.az

3Источники