Burada olduğumuz üçün xoşbəxtik. Bu forum xüsusilə ölkənin şəhər və kəndi eyni standartlara uyğunlaşdırmaq üçün islahat apardığı yerli idarəetməni inkişaf etdirməyə imkan verir.
Bu barədə Esvatini Krallığının nümayəndəsi Dudu Ndzinisa deyib.
“Biz həm şəhərlərdə, həm də kənd yerlərində məskunlaşmanın beynəlxalq standartlara uyğun olmasını təmin etmək üçün Esvatini Krallığını necə inkişaf etdirə biləcəyimiz barədə digər ölkələrdən öyrənir və müqayisə aparırıq. İcmaların rifahını yaxşılaşdırmaq üçün milli büdcəmizdən resursların ayrılması baxımından konsensusun yaradılması, iştirakın və davamlı inkişafın təmin edilməsi üçün qeydlər aparacağıq”, - deyə D.Ndzinisa qeyd edib.
Azərtac
Tarix: 17 May 2026, 19:54