Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tur başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, son gündə 2 oyun baş tutub.
“Zirə” doğma meydanda “Sumqayıt”la heç-heçəyə razılaşıb.
“Sabah” isə “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” əzmkar qələbəyə seviniblər.
Daha öncə “Araz-Naxçıvan” “Kəpəz”ə (2:0), “Şamaxı” “Turan Tovuz”a (3:2), “Qarabağ” “İmişli”yə (3:0) qalib gəlib, “Karvan-Yevlax” “Qəbələ”yə uduzub – 1:2.
Misli Premyer Liqası
32-ci tur
17 may
“Zirə” – “Sumqayıt” 1:1
Qol: Ruan Renato, 19-pen – Aleksandr Ramalinqom, 45.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu. 18:00.
“Sabah” – “Neftçi” 1:2
Qol: Aleksey İsayev, 3 – Andrey Ştoqrin, 9. İfeanyi Metyu, 70.
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
“Bank Respublika Arena”. 18:00.