Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Moskva hesab edir ki, ABŞ-Çin münasibətlərindəki yeni mərhələ Rusiya üçün əlavə fürsətlər yarada bilər..."
Rusiya prezidenti Vladimir Putin gələn həftə Çin lideri Si Tszinpin ilə danışıqlar aparmaq üçün Pekinə səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlimat yayıb.
Putin Pekində Si Tszinpin ilə "vacib məsələləri" müzakirə edəcək
Nəşr yazır ki, bu səfər ABŞ prezidenti Donald Trampın Pekinə son səfərindən cəmi bir neçə gün sonraya təsadüf edir. Kremlin açıqlamasına görə, Putin Trampın Çin səfərini diqqətlə izləyib və Si Tszinpin ilə görüş zamanı beynəlxalq gündəmdəki mühüm məsələləri müzakirə etməyi planlaşdırır. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva Çinlə ABŞ arasında aparılan təmaslarla bağlı fikir mübadiləsi aparmaq niyyətindədir.
İran müharibəsi fonunda Rusiyanın əhəmiyyəti artıb
Nəşr qeyd edir ki, Rusiya ilə Çin arasında iqtisadi münasibətlər balanslı deyil və Moskvanın Çin ticarətində payı kifayət qədər məhduddur. Buna baxmayaraq, Pekin Rusiya ilə münasibətlərdə formal bərabərlik görüntüsünü qorumağa çalışır.
Analitiklərin fikrincə, İran müharibəsindən sonra Rusiyanın Çin üçün enerji təchizatçısı kimi əhəmiyyəti daha da artıb. Qlobal neft və qaz bazarındakı risklər Pekini alternativ və sabit enerji mənbələrinə daha çox diqqət ayırmağa vadar edir.
Məqalədə xatırladılır ki, Moskva illərdir Sibirdən Monqolustan üzərindən Çinə yeni qaz kəməri çəkməyə çalışır. Çin isə bu layihənin onu bir təchizatçıdan həddindən artıq asılı vəziyyətə sala biləcəyindən ehtiyatlanıb. Lakin Putin mayın 9-da enerji sahəsində böyük irəliləyişə yaxın olduqlarını açıqlayıb.
Kreml ABŞ-Çin gərginliyindən fayda gözləyir
Putin bildirib ki, Moskva ABŞ və Çin arasında iqtisadi qarşıdurmanın daha da dərinləşməsini istəmir. Bununla belə, Kreml Vaşinqton və Pekin arasındakı gərginliyin Rusiya üçün yeni geosiyasi imkanlar yarada biləcəyini düşünür.
Valday Diskussiya Klubunun eksperti Andrey Kortunov hesab edir ki, Putin və Si Tszinpin arasında danışıqlar bütün məsələlərdə asan keçməyəcək. Bununla yanaşı, o vurğulayıb ki, mövcud beynəlxalq vəziyyət Moskva üçün əlavə fürsətlər də yaradır.
Bu arada "Reuters" daha əvvəl yazıb ki, Tramp və Si Tszinpin arasında keçirilən son görüşdən əsas siyasi üstünlüklə Çin çıxıb və Pekin özünü daha sabit və proqnozlaşdırılan tərəf kimi təqdim etməyə nail olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.