RU

Serbiya Prezidenti: Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır.Bizim.Media xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə jurnalistlərə açıqlamasında deyib.

 

"Ondan (Azərbaycan Prezidenti İlham Əliyev- Qeyd) soruşmağa belə ehtiyac yox idi və bilirdim ki, o, Avropa Parlamenti ilə əməkdaşlığı dayandıracaq. Çünki bilirsiniz, Avropa Parlamentinin üzvləri tez-tez təkəbbürlü davranırlar, ona görə də onlar özlərindən daha uğurlu olanlara mühazirə oxuyurlar".

Vuçiç həmçinin Serbiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığın yeni aspektləri barədə danışıb və iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
6
bizim.media

7Источники