RU

40 milyonluq bombardir Fənərbağça nın hədəfində

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Super Liqasının nəhənglərindən olan "Fənərbaxça"da qarşıdan gələn klub seçkiləri öncəsi transfer bazarı hərəkətlənib.

Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubunun prezidentliyinə namizəd olan şəxslər Portuqaliyanın "Benfika" klubunda çıxış edən Evangelos Pavlidisi heyətə qatmaq üçün yarışa başlayıb.

27 yaşlı yunanıstanlı hücumçu geridə qalan mövsümdə Portuqaliya təmsilçisinin heyətində çıxış etdiyi 52 rəsmi matçda 30 qol və 6 məhsuldar ötürmə ilə inanılmaz bir performansa imza atıb. Möhtəşəm qol duyğusu ilə diqqət çəkən təcrübəli forvardın özünün də Türkiyədə oynamağa olduqca isti yanaşdığı bildirilir.

 Lakin bu transferi reallaşdırmaq istəyən tərəf "Benfika"nın tələb etdiyi 40 milyon avroluq yüksək məbləği ödəməli olacaq.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
fanat.az

2Источники