RU

İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı

Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatı başa çatmaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, bu gün sərbəst güləş millimiz daha iki medal qazanıb.

51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov final görüşündə qələbə qazanaraq Avropa çempionu olub.

45 kq-da yarışan Tunar Həsənov isə bürünc medala sahib çıxıb.

92 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli isə üçüncü yer uğrunda görüşdə məğlub olub və medalsız qalıb.

Beləliklə, yığmamız U-17 Avropa çempionatını ümumilikdə 15 medalla başa vurub. Yığmanın aktivində 4 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Избранный
50
1
football-plus.az

2Источники