RU

İbrahim qızıl , Tunar isə bürünc qazandı

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatı başa çatmaq üzrədi."Football-plus.az" xəbər verir ki, bu gün sərbəst güləş millimiz daha iki medal qazanıb.51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov final görüşündə qələbə qazanaraq Avropa çempionu olub.45 kq-da yarışan Tunar Həsənov isə bürünc medala sahib çıxıb.92 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli isə üçüncü yer uğrunda görüşdə məğlub olub və medalsız qalıb.Beləliklə, yığmamız U-17 Avropa çempionatını ümumilikdə 15 medalla başa vurub. Yığmanın aktivində 4 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
icma.az

2Источники