RU

“Elversberq” tarixində ilk dəfə Bundesliqaya yüksəldi

“Elversberq” Almaniyanın ikinci ən güclü futbol liqasının gümüş mükafatçısı olub və tarixində ilk dəfə Bundesliqaya vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, komanda buna bazar günü keçirilən qarşılaşmada “Proyssen” üzərində 3:0 hesablı inamlı qələbə sayəsində nail olub.

Beləliklə, “Elversberq” mövsümü 62 xalla başa vurub. Qeyd edək ki, klub 1907-ci ildə yaradılıb.

İkinci Bundesliqanın çempionu isə “Şalke” olub. Gelsenkirxen təmsilçisi ikinci pilləni səkkiz xal qabaqlayıb.

Almaniyanın elit liqasında oynamaq uğrunda keçiriləcək keçid oyunlarında “Paderborn” və “Volfsburq” üz-üzə gələcək.

“Canavarlar” Bundesliqada mövsümü 16-cı pillədə başa vurub, “Paderborn” isə ikinci liqanı üçüncü sırada tamamlayıb.

Избранный
45
90deqiqe.az

1Источники