RU

İranda dəhşətli avtobus faciəsi – ölənlər və çoxsaylı yaralılar var

İranın Buşehr əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, Əsəluye–Kəngan magistralında hərəkətdə olan sərnişin avtobusu aşıb.

İran Qırmızı Aypara Cəmiyyətinin yaydığı məlumata əsasən, qəza nəticəsində 8 nəfər həyatını itirib, daha 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Musavat.com

Избранный
53
1
musavat.com

2Источники